Belə deyilmişik əvvəllər.
Düzü, görməmişəm, eşitmişəm - mən doğulmamışdan bir il, para il
qabağadək Azərbaycanda insanlar başqa cürmüş.
Deyilənə görə, qonşu kəndə
əsgər meyiti gətiriləndə bütün ətraf kəndlərdə uşaqlı-qocalı hər kəs
aylarla bu barədə danışarmış. Analar özlərinə gəlməzmiş. Gəlinlər oğlan
doğmaq istəyərmişlər ki, körpəyə onun adını qoysunlar. Uşaqların
"dava-dava” oyunu belə o əsgərlə bağlı olarmış, "o əsgər mən olacam”
deyərmişlər. Kənddə təzə tikilən bulağa camaat mütləq həmin əsgərin
adını qoyarmış. Həmin əsgər hər kəsin əzizinə çevrilər, hər kəs onu öz
doğması kimi anar, öz doğması kimi sevərmiş.
Onda sevgidolu olmuşuq.
Müəllimi, həkimi, əsgəri, sürücünü, xadiməni – məşğuliyyətindən və
vəzifəsindən asılı olmayaraq hər kəsi sayar, sevərmişik. Özü də milli
mənsubiyyətindən asılı olmayaraq. Birimizin dərdi hamının dərdiymiş.
Hər kəs bir-birinin halına yanar, sevincini bölüşərmiş.
Mənim gördüyüm Azərbaycanda
bütün bunlar gülməli səslənir. Çünki indiki Azərbaycanda pulu olmayan
şagirdi kollektivlə birlikdə şəkil çəkdirməyə qoymurlar. Çünki indiki
Azərbaycanda xəstəxanada yiyəsi gəlməyənə qədər xəstəyə ağrıkəsici belə
vurmurlar. Çünki indiki Azərbaycanda mağazada görkəmindən kasıb olduğu
bilinən alıcının sualına cavab vermirlər. Niyə?..
Daha Etrafli Xeberin Ardinda.....